Azərbaycanlı BP-də rəhbər vəzifəyə təyin olundu


Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə BP-nin Gürcüstan üzrə ölkə rəhbəri  Aytən Hacıyeva arasında görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, səfir F. Quliyev A. Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edərək,  Azərbaycan Respublikası vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmasının önəmini vurğulayıb. 
Görüşdə A. Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumatları bölüşüb.

DİGƏR XƏBƏRLƏR

Top