Tural Gəncəliyevin açıqlaması Ermənistanı qarışdırdı – FOTO


Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin Xankəndində ofisinin fəaliyyət göstərəcəyi ilə bağlı açıqlaması Ermənistanda ictimaiyyətin və mətbuatın əsas müzakirə mövzusuna çevrilib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanda nüfuzlu şəxslər və mətbuat orqanları bu açıqlamanın qəbuledilməz olduğu barədə bəyanatlar yayıblar.
Xatırladaq ki, ötən gün T. Gəncəliyev “twitter” vasitəsilə tezliklə Xankəndində ofisinin fəaliyyət göstərəcəyini açıqlamışdı:
 “Etnik mənsubiyyətindən asılı olmayaraq, Xankəndi şəhərinin bütün sakinlərini təmsil edən bir millət vəkili olaraq onlara yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm” – deyə o bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top