ABŞ Zelenskinin NATO-ya girmək barədə təklifinə cavab verdi


ABŞ hökuməti Ukraynanın NATO-ya girmək istəyi barədə açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin sözçüsü Yen Psaki Ukraynanın NATO-ya qoşulması məsələsi istiqamətində danışıqların getdiyini xatırladıb:
“Ukrayna uzun müddətdir ki, NATO-ya daxil olmağa can atır. Bu mövzu ABŞ-da bir neçə dəfə müzakirə edilib. Ukrayna ilə də danışıqlar aparırıq. Bir daha Ukraynanı dəstəklədiyimizi bildirmək istəyirik”.
Xatırladaq ki, dünən Ukrayna prezidenti Vladimir Zelenski Donbasda müharibənin bitməsinin yeganə yolunu Ukraynanın NATO-ya daxil olmasında gördüyünü demişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top