"Ever given" gəmisinin Süveyş kanalında qalma səbəbi açıqlandı


Misir Süveyş kanalının bağlanmasına səbəb olan qəzanın səbəbini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Yaponiyanın “Kyodo” agentliyinə bu barədə danışan Süveyş kanalının rəhbəri Usama Rabia hadisənin insan səhvi səbəbilə baş verdiyini açıqlayıb: “Kapitanın sükan və ya sürət tənzimləməsində səhv etməsi ehtimalı var. Gəmidə son qərarı kapitan verir. Bizim tərəfimizdən heç bir səhv olmadı və heç bir məsuliyyət daşımırıq".
Xatırladaq ki, bir neçə gün əvvəl 220 min ton ağırlığında, 400 metr uzunluğunda "Ever Given" konteyner gəmisi Süveyş kanalında ilişib qalmışdı. Bu səbəblə 1 milyard dollardan çox zərər dəymişdi. 

DİGƏR XƏBƏRLƏR

Top