Mingəçevirdə bir ay əvvəl itkin düşmüş yeniyetmənin meyiti Kürdə tapılıb - YENİLƏNİB - FOTO


Mingəçevirdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğludur. 
Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R. Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib.


*** 08.58
Mingəçevirdə Kür çayından naməlum kişi meyiti tapılıb.
Yeniavaz.com
xəbər verir ki, təxminən 40-45 yaşlı kişi meyiti Kür çayında aşkar edilib.
Kimliyi hələlik məlum olmayan meyit sahilə çıxarılıb. Faktla bağlı şəhər Prokurluğunda araşdırma başlanılıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top