Polis koronavirus xəstələrini ziyarət edib - FOTO


Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib. Xüsusi geyim geyinən və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətləar aparmış, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib. Hər hansı bir sosial və digər bir məsələlər ilə bağlı DİN-in “102 Zəng Mərkzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top