Koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb - Azərbaycanda


Sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan Günel Hakimqoca (Günel Fərhad Hakimqoca) adlı koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb.

Yeniavaz.com xəbər verir ki, aidiyyəti orqanların əməkdaşları onun mənzilinə daxil olublar. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub. Qadın tibb müəssisəsinə yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, o, daha əvvəl sosial şəbəkədə koronavirus xəstəsi olduğunu və intihar edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top