Koronavirus zəngini zənginləşdirib, yoxsulu daha kasıblaşdırıb

2020-ci ildən bu yana dünyada milyarderlərin sayı 660 adam artıb

Forbes jurnalı dünyanın ən varlı adamlarının ən yeni siyahısını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, siyahıya ötən ildə olduğu kimi “Amazon” sahibi Ceff Bezos rəhbərlik edir. Son bir il ərzində Ceff Bezosun sərvəti 64 milyard dollardan 177 milyard dollara qədər artıb.

İkinci sırada 126 milyard dollarla ixtiraçı-milyarder İlon Mask gəlir. Qeyd edək ki, ötən il İlon Mask siyahıda 31-ci yeri tuturdu. Rəhbərlik etdiyi “Tesla” şirkətinin səhmlərinin bir ildə 720% dəyər qazanması onu belə bir mövqeyə gətirib.

Üçüncü sıra “LVMH” moda evinin başçısı fransız Bernar Arno və ailəsinə məxsusdur-150 milyard dollar.

Qeyd etmək lazımdır ki, bu “Forbes” jurnalının açıqladığı 35-c reytinq cədvəlidir. Yeni sırlamada 2755 milyarderin ismi yer alıb. Bu isə 2020-ci illə müqayisədə 660 nəfər çoxdur.

Milyarderlərin ümumi varidatı da 5,08 trilyon artaraq 13,08 trilyon dollara çatıb. Siyahıda Buraya 493 yeni isim əlavə olunub, 84-ü isə çıxıb. Onlardan 23-ü təbii səbəblərdən dünyasını dəyişib.

Cədvəldə ilk 20-likdə yer alanların ümumi sərvəti isə 1,81 trilyon dollar qədərdir. //Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top