“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub


“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci  maddələri ilə ittiham elan  edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

DİGƏR XƏBƏRLƏR

Top