Rusiya Misirlə ilin sonunadək hava əlaqəsini bərpa edə bilər

Misirlə hava əlaqəsinn bərpa edilməsi haqqında qərar ilin sonunadək qəbul oluna bilər. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın nəqliyat naziri Maksim Sokolov deyib. Onun sözlərinə görə, qərarı ölkə rəhbərliyi qəbul edəcək. Nazir qeyd edib ki, Misin üç aeroportunda bir neçə məsələni həll etmək qalıb: “Bunlar Misir, Şarm əş-Şeyx və Hurqaddakı aerportlardır. Hər şey misirli həmkarların məsələləri nə qədər tez həll edəcəklərindən asılıdır. Biz prosesi ləngitməyəcəyik”. Xatırladaq ki, Misirlə Rusiya arasında hava əlaqəsi 2015-ci il oktyabrın 31-də A321 təyyarəsinin Sinay üzərində qəzaya uğrmasından sonra dayandırılmışdır. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 heyət üzvünün hamısı həlak olmuşdu. Qəzanın əsas versiyalarından biri terror aktı hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top