Ermənistan məhkəməsi Köçəryan və digər şəxslər barədə qərar verdi


Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryan və sabiq müdafiə naziri Seyran Ohanyan barədə qərar verib.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi, general-polkovnik Yuri Xaçaturov və keçmiş baş nazirin köməkçisi Armen Qevorgyan barədə açılan cinayət işinə xitam verilib.
Xatırladaq ki, adı çəkilən şəxslərə qanunların tələbinə zidd hərəkət etdikləri əsas gətirilərək Ermənistanda cinayət işi açılmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top