Çinin Türkiyədəki səfiri partiya sədrinə hədə-qorxu gəldiyi üçün XİN-ə çağırıldı


Çinin Türkiyədəki səfiri Cui Vei Türkiyənin xarici işlər nazirliyinə çağırılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb səfirliyin İYİ Partiyanın sədri Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı hədələməsidir.
Xatırladaq ki, hər iki siyasətçi aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım edib. Daha sonra səfirlik sosial media hesabında, "Çin tərəfi haqlı qarşılıq vermə haqqını özündə saxlayır”-deyə paylaşım edib və Meral Akşenerlə Mansur Yavaşı etiketləyib.

 

DİGƏR XƏBƏRLƏR

Top