Lukaşenko bir neçə ölkədə səfirlikləri bağlamağa hazırlaşır


Belarus prezidenti Aleksandr Lukaşenko xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin sayını azaltmaq istəyir.
Yeniavaz.com
Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident xarici siyasət iclasında məlumat verilib. O bildirib ki, qərəzli mövqelərinə görə ölkəsi ilə əlaqələri donduran və ya onlara qarşı fəaliyyət aparan ölkələrdə səfirlikləri saxlamağın mənası yoxdur.
Lukaşenkonun sözlərinə görə uzun müddətdir səfirlikləri fəaliyyət göstərən bəzi ölkələrdə vəziyyət onu göstərir ki, burada diplomatik nümayəndə saxlamaq yersizdir və bu büdcə üçün əlavə vəsaitin xərclənməsi deməkdir.
Lukaşenko həmçinin vurğulayıb ki, Polşa və Litva kimi qarşılıqlı əlaqəyə uyğun olaraq işləmək lazımdır.

 

 

DİGƏR XƏBƏRLƏR

Top