Ukrayna Donbasda 2 əsgərinin öldürüldüyünü açıqladı


Ukraynanın şərqində yerləşən Donbas vilayətində separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgərinin həyatını itirdiyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahı Qüvvələri məlumat verib:
"Donbas bölgəsində separatçıların təşkil etdiyi hücum nəticəsində 2 Ukrayna əsgəri həyatını itirib. Müdafiəçilərimiz Rusiya hərbi qüvvələrinin bombardmanına məruz qaldıqları üçün onlara qarşılıq verib”.
Bundan əlavə bölgədə son 24 saat içərisində separatçıların atəşkəsi 7 dəfə pozduğu bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top