Xırdalanda itkin düşən qadınla bağlı DİN-dən açıqlama - FOTO


Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.

Qeyd edək ki, C.Əliyevanın bacısı "report"a deyib ki, hadisə 6 gün əvvəl qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top