Bakıda koronavirusla əlaqədar karantinə bağlanan məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov məlumat verib. O bildirib ki, paytaxtda koronavirusla bağlı ümumilikdə 9 bağça karantinə bağlanıb.