90 yaşlı kişi 5-ci dəfə evlənib və əkiz oğulları olub - Azərbaycanda


Bu günlərdə 80 yaşını bayram edən tanınmış bəstəkar, ölməz mahnılar müəllifi Oqtay Rəcəbov yubiley münasibətilə müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, Azvision.az-a verdiyi müsahibədə sənət yolundan daha çox şəxsi həyatından danışan bəstəkar 80 yaşa necə gəlib çatdığını hiss eləmədiyini söyləyib. 5 nəvəsindən heç olmasa ikisinin toyunu görmək arzusunda olan Oqtay müəllim nəslinin uzunömürlü olduğunu deyib: "Mənim anamın atası Əbil kişi 140 il yaşayıb. Babam Qubanın Digah kəndində varlı mülkədar olub. Onun birinci evliliyindən 2 qızı dünyaya gəlib. Oğul övladı olması üçün həyat yoldaşının təklifi ilə ikinci dəfə evlənib. Birinci həyat yoldaşı özü gedib ona qız seçıb. İkinci evliliyindən 3 qızı doğulub. Üçüncü dəfə mənim nənəmi alıblar. Bu evlilikdən də 2 qızı dünyaya gəlib. Dördüncü həyat yoldaşı da oğul dünyaya gətirməyib. Nəhayət, 90 yaşında 5-ci dəfə evlənəndə iki əkiz oğlu doğulub. Babam 5-ci arvaddan sonra 50 il yaşayıb. Dayılarım indi də sağdırlar". 
Oqtay müəllimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, yeni-yeni uğurlar, nəvə-nəticə toyları və özü demişkən, 140 il olmasa da, 139 il 11 ay ömür arzulayırıq.

DİGƏR XƏBƏRLƏR

Top