Səudiyyə Ərəbistan Ramazan ayında Ümrə ziyarəti etmək istəyənlər üçün yeni qaydalar tətbiq edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ziyarətə gedəcək insanlar 3 qupa bölünəcək. Bir qrupa koronavirusa qarşı peyvəndin 2 dozasını vurduranlar, bir qrupa ən az 14 gün əvvəl peyvəndin 1-ci dozasını vurduranlar, digər qrup isə xəstəliyə yoluxub sağalanlar daxil ediləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi tərəfindən Ümrə ziyarəti etmək istəyənlərin və işləyənlərin peyvəndlənməsi kampaniyası başladılıb. Ramazan ayı boyunca Məscidi Haram və Məscidi Nəbəvinin gündə ən az 10 dəfə 5 min işçi tərəfindən dezinfeksiya ediləcəyi bildirilib.