İƏT nümayəndə heyəti Ağdamı ziyarət etdi, cümə məscidində namaz qıldı - FOTO


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.

Nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.

Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib. Həmin ərazidə qonaqlar xatirə şəkili çəkdiriblər.

Daha sonra şəhər mərkəzinə yola düşüblər.

İƏT nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib, namaz qılıb, dualar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top