
ABŞ Xarici İşlər Nazirliyi Türkiyəyə qarşı tətbiq olunan qadağalarla bağlı açıqlama verib.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, sözügedən qadağalar 7 apreldən etibarən qüvvəyə minir. Qadağa Türkiyə Müdafiə Sənayesi Nazirliyinə və daha 4 nəfərə qarşı tətbiq olunacaq. Sözügedən şəxslər Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir, nazirin köməkçisi Faruk İgid, Hava Müdafiə və Kosmik Şöbənin rəhbəri Serhat Gençoğlu və Hava Müdafiə və Kosmik Şöbə (TMSN) qrup müdiri Mustafa Alper Dənizdir.
Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi aldığı üçün sankisiyalar tətbiq etdiyini açıqlayıb.