Azərbaycan və Türkiyə əməkdaşlıq sazişi təsdiqləndi


Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi haqqında qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete"də məlumat verilib: “31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanan və 7270 saylı qanunla təsdiqlənən əlavəli “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" sazişin 9 saylı prezident qərarnaməsinin 2 və 3-cü maddələrinə əsasən təsdiqlənməsinə qərar verilmişdir”.
Qeyd edək ki, saziş 31 oktyabr 2017-ci il tarixində Bakıda Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının o dövrkü milli müdafiə naziri Nurəddin Canikli arasında müdafiə sənayesi sahəsində əmədaşlıq haqqında saziş imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top