Karantin postları yenidən qurulur? - DİN-dən AÇIQLAMA


Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddialara görə Ramazan ayı boyunca sərt karantin rejimi tətbiq olunacaq və sözügedən postlar da bu məqsədlə qurulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat katibi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-a açıqlama verib və iddiaları təkzib edib:
"Sərt karantinin tətbiq olunması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Biz onların qərarını gözləyirik. Hələ ki, qərargahın belə bir qərarı yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top