Nazir baş direktoru işdən çıxardı


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.

Xatırladaq ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi.

DİGƏR XƏBƏRLƏR

Top