ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib


ABŞ Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.

“Qara siyahı”ya Müdafiə sənayesi nazirliyi və onun rəhbəri İsmayıl Demirin adı daxil edilib.

Qeyd olunub ki, buna səbəb Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığıdır.

Sanksiyalar 7 apreldə rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.//report

DİGƏR XƏBƏRLƏR

Top