Ağ Ev "AstraZeneca" peyvəndi ilə bağlı baş vermiş insidentə münasibət bildirib


Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiyanın hədəflərinə təsir göstərməyəcək.

Bunu ABŞ prezidentinin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında bildirib.
“Biz onlara hesaba almadıq”, - Psaki korlanmış peyvənd dozaları barədə fikrini bildirərkən belə deyib.
 
“Biz hələ də mayın sonuna qədər bütün amerikalıların peyvənd olunması üçün kifayət qədər doza əldə etməyi düşünürük”, - deyə Ağ Ev rəsmisi əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Merilend şəhərinin Baltimor şəhərindəki müəssisə koronavirus əleyhinə iki fərqli peyvəndin tərkibini səhvən qarışdırılıb, nəticədə 15 milyon doza “Johnson & Johnson” peyvəndi korlanıb./apa

DİGƏR XƏBƏRLƏR

Top