Putin yenidən prezidentliyə namizəd ola biləcək - Qanunu imzalandı


Rusiya prezidenti Vladimir Putin dövlət başçısına yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb.
Yeniavaz.com
 TASS-a istinadən xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qanuna görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir.
Beləliklə, bu, mövcud dövlət başçısına daha 2 müddətə yenidən prezidentlik vəzifəsini icra etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top