Sağlamlıq imkanları məhdud uşaqların təkrar müayinəsi ilə bağlı AÇIQLAMA


Sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) 18 yaşına çatdıqda onların bu statusu başa çatır. Qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından, sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər.
Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün göndəriş (Forma-88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir. 
E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top