Özünü Kürə atan şəxs intihar etməmişdən öncə məktub yazıbmış - YENİLƏNİB


Sabirabad sakininin Kürdə batması ilə bağlı bir sıra təfərrüat məlum olub.
Yeniavaz.com
lent.az-a istinadən xəbər verir ki, rayonun Suqovuşan kənd sakini İsfəndiyar Abbasov bu gün saat 12 radələrində Cavad kəndində Kür çayı üzərindəki körpüdən özünü ataraq həyatına son qoyub.
Bildirilir ki, o, Kür çayının körpüsünə gələrək boğazına dəmir parçası bağlayıb və özünü çaya atıb. Avtomobilində onun intiharı barədə məktub tapılıb.
Mərhumun musiqiçi olan oğlu Ziyad Abbasov isə keçən il evdən çıxaraq bir daha geri qayıtmayıb. Abbasovlar ailəsi oğlunu tapmaq üçün dəfələrlə telekanallarda iştirak etsələr də, ondan bir xəbər ala bilməyiblər. 
FHN əməkdaşlarının axtarış tədbirləri nəticəsində İ.Abbasovun meyiti tapılaraq, ailəsinə təhvil verilib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

***17:11
Kür çayında batan şəxsin intihar etdiyi məlum olub.
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini İsfəndiyar Abbasov özünü Kür çayına atıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top