Kinoaktyor Fikrət Məmmədov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya aktyor Namiq Ağayev məlumat verib.
O, F. Məmmədovun artıq dəfn olunduğunu deyib.
O, “Axırıncı reys”, “Bağlı qapı”, “Cin mikrorayonda”, “Əlaqə”, “Fəryad”, “Park”, “Yaramaz” və başqa filmlərdə çəkilib.
Qeyd edək ki, F. Məmmədov "Azərbaycanfilm"in film direktoru Əli Məmmədovun oğludur.
Allah rəhmət eləsin!