Mingəçevirdə şəhid qardaşların xatirəsinə bulaq inşa edilib - FOTOLAR


Mingəçevirdə şəhid Musa və Tural qardaşlarının xatirəsinə inşa edilən ehsan bulağının açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, xatirə bulağının açılışına şəhidin ailə üzvüləri və bir neçə şəhid anası, qazillər, Mingəçevir Dövlət Universitetinin ictimayyətlə əlaqələr şöbəsi və bir neçə tələbə, 10 saylı məktəbin şagirdləri qatılıb.
Mingəçevirdən olan Musa və Tural Həsənovlar könüllü olaraq cəbhəyə yollanıblar. Şəhid Musa Həsənovun 25 yaşı vardı, iki qız atası idi.
Qardaşı Turalın isə 26 yaşı vardı, o da iki oğul atası idi.
Musa noyabrın 5-də dəfn olunub, Turalın isə 69 gündən sonra şəhidliyi təsdiqlənib.
Belə ki, sentyabrın 30-dan sonra Turalla bir daha əlaqə saxlamaq, ondan xəbər almaq mümkün olmayıb.
Yalınız 69 gündən sonra, dekabrın 8-də Turalın şəhid olduğu təsdiqlənib və bu barədə şəhidin ailəsinə xəbər verilib.
Şəhidimiz dekabrın 9-da Mingəçevir şəhər Şəhidlər xiyabanında, qardaşının yanında torpağa tapşırılıb. Hər iki qardaş Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.  Hər iki qardaş Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Vətən uğrunda" medalına layiq görülüb.
Bulaq şəhidin valideyinlərinin təşəbbüsü ilə inşa edilib və 24 saat içməli su ilə təmin olunub.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top