"Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur".
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış müğənni Xatirə İslam özünün “instagram” səhifəsində yazıb. O bildirib ki, toylara ya icazə verilməli, ya da belə halların qarşısı alınmalıdır:
“Və mən hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toyularına məni dəvət eməsinlər. Mən qayda-qanun adamıyam, məclisdə rahat olmalıyam, məni düz başa düşün”.
İddialarala bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çaışsaq da, zənglərimiz cavabsız qaldı.