ÜST-ün direktoru İlham Əliyevə təşəkkür etdi


"Azərbaycan prezidentilə bu həftə etdiyim söhbətdə fürsətdən istifadə edərək COVID-19-a qarşı tədbirlərə Azərbaycanın maliyyə dəstəyi üçün, ÜST ilə əməkdaşlığa görə, "VaccinEquity"in müdafiəsinə, Qoşulmama Hərəkatı ölkələri arasında həmrəyliyə göstərdikləri dəstəyə görə təşəkkür etdim".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  direktoru Tedros Adhanom Qebreyesus öz tviter səhifəsində deyib. O, Azərbaycan prezidenti ilə "VaccinEquity" barədə konstruktiv dialoq apardığını vurğulayıb:
“Öhdəliklərinə görə təşəkkür edərək ÜST-COVAX tərəfdaşlığının qarşıdakı bir neçə gün ərzində Azərbaycana ilk peyvəndi qəbul edərək yerləşdirməsinə dəstək verməyə hazır olduğuna dair arxayın etdim. Bir yerdəyik!”.

DİGƏR XƏBƏRLƏR

Top