Hansı ölkədə nə qədər uşaqpulu verilir? - SİYAHI


Son günlər Azərbaycanda uşaqpulu mövzusu ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə uşaqlara verilən müavinətlərin artırılması məsələsi müzakirə edilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət  200 manat (117 dollar) məbləğində müəyyənləşdirilib.
Bundan başqa uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət alırsa, o zaman bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat (26 dollar), uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat (16,5 dollar) məbləğində aylıq müavinət müəyyən olunub.
Yeniavaz.com-un açıq internet resurslara istinadən apardığı hesablama göstərir ki, hazırda Azərbaycanla eyni regionda yerləşən ölkələrdə uşaqlar üçün nəzərdə tutulan müavinətlərin məbləği daha yüksəkdir.

Aşağıdakı cədvəldə bəzi region ölkələrində uşaqlara verilən müavinətin məbləğini təqdim edirir:
ÖLKƏ Uşağın anadan
olmasına görə müavinət
Yaşa görə müavinət
Azərbaycan 117 dollar 0-1,5 yaş – 26 dollar
1,5-3 yaş – 16,5 dollar
Ermənistan 580 dollar 0-2 yaş – 51 dollar
Rusiya 250 dollar 0-1,5 yaş – 90 dollar
Belarus 1-ci uşaq – 930 dollar
Sonrakı uşaqlar – 1 300 dollar
0-3 yaş – 160 dollar
Qazaxıstan 1 , 2 və 3-cü uşaq – 260 dollar
4-cü uşaq – 430 dollar
0-1 yaş – 50 dollar
Ukrayna 370 dollar 0-3 yaş – 31 dollar
Moldova 525 dollar 0-2 yaş – 40 dolar
Türkiyə 1-ci uşaq – 38 dollar
2-ci uşaq – 50 dollar
3-cü və sonrakı – 75 dollar
-


 

DİGƏR XƏBƏRLƏR

Top