Hesablama Palatasından nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı AÇIQLAMA


"Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.
Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top