Ukrayna Müdafiə Nazirliyi ötən gün Ukraynanın Donbas bölgəsində rusiyapərəst separatçıların atəşkəsi 10 dəfə pozduğunu deyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş qərargah rəisi Ruslan Homçak məlumat verib. Homçak Rusiyanın Ukrayna sərhədinə və Krıma təlim bəhanəsi ilə hərbi güc yerləşdirdiyini bildirib. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi isə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını bildirib.