Aİ-nin rəhbəri Ukraynanı 19 apreldə iclasa dəvət etdi


Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba ilə Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə rəhbəri Cozef Borell arasında telefon danışığı olub.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kuleba öz tviter səhifəsində xəbər verib. Məlumatda Aİ-nin Ukrayna sərhədindəki hərbi vəziyyətlə bağlı məsələdə onların yanında olduğunu bildirib. Həmçinin, Avropa İttifaqının Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulanıb. Dmitri Kuleba Borellin Ukraynanı aprelin 19-da Aİ Xarici İşlər Şurasının iclasına dəvət etdiyini də açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top