Onlarla obyekt satışa çıxarıldı – 750 manata mağaza, 20 000 manata tövlə… – SİYAHI


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sabah keçiriləcək hərracda bir-sıra şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri satışa çıxarılacaq.
Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, hərraca çıxarılacaq müəssisə və obyektlərin arasında ən ucuzu 750 manat, ən bahalısı isə 400 000 manat olacaq.
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55A ünvanında yerləşən və sahəsi 33,1 kv. metr olan 52 saylı mağazanın ilkin satış qiyməti 750 manat olacaq.
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 ünvanında yerləşən və sahəsi 1664,4 kv. metr olan 42 saylı mağaza isə 400 000 manata satışa çıxarılacaq.
Sabah (6 aprel 2021) satışa çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərini təqdim edirik:
Müəssisə və obyektin adı Ünvanı Ümumi faydalı sahəsi
(kv.m)
Əmlakın ilkin
(start) satış qiyməti
12 saylı mağaza Bakı şəhəri, Qaradağ rayonu,
Korgöz qəsəbəsi, AZNS yaşayış massivi, 36K"
313.2 12 500 manat
10 saylı
 yeməkxana
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 15 621.6 80 750 manat
15 saylı bazarın 1 saylı Ələt filialı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi, 8N 312 25 000 manat
Yardımçı təsərrüfat Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi 1941,2 25 000 manat
42 saylı mağaza Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 137 1664,4 40 000 manat
52 saylı mağaza Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55A 33,1 750 manat
27 saylı mağaza Şirvan şəhəri, 1 May küçəsi, 19 292 16 000 manat
Mal tövləsi Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsi 987,5 20 000 manat
Reduktorların təmiri sexi Şirvan şəhəri, İ.Qayıbov küçəsi, 42 (torpaq sahəsi 3600.0 kv.m, faydalı sahəsi 637.2 kv.m) Şirvan şəhəri, İ.Qayıbov küçəsi, 42A (torpaq sahəsi 3000.0 kv.m) 637,2 40 000 manat
Yüksəliş yardımçı təsərrüfatı Salyan rayonu, Peyk kəndi 14,8 1 500 manat
5 saylı mağaza Yevlax rayonu, Aran qəsəbəsi 52,6 3 000 manat
6 saylı hamam Lənkəran şəhəri, A.Mahmudov küçəsi, 156A 499,8 25 000 manat
2 saylı yanacaqdoldurma məntəqəsi Lənkəran şəhəri, Nəsimi küçəsi, 23 20,7 5 000 manat
Talış kənd klubu Quba rayonu, Talış kəndi 81,6 1 500 manat
Qusar Kərpic sexi Qusar rayonu, Hil kəndi 206 5 000 manat
Səfikürd kənd klubu Goranboy rayonu, Səfikürd kəndi 69,4 5 500 manat
Qazanbulaq qəsəbə Mədəniyyət evi Goranboy rayonu, Qazanbulaq qəsəbəsi 224,9 5 000 manat
Alpoud kənd Diyarşunaslıq klubu Qazax rayonu, Alpoud kəndi 80,4 1 750 manat
Qeyri-yaşayış binası Ağsu rayonu, Melioratorlar qəsəbəsi 153,2 7 500 manat
2 saylı hamam Şəki şəhəri, B.Məmmədov küçəsi, 29 151,3 12 500 manat
Kirayə Təmir Sahəsi Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi, 98D 304,2 12 500 manat
Emalatxana binası Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 143A 12,2 750 manat
Maye qaz satışı sahəsi Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsi, 2A 51,8 1 000 manat

DİGƏR XƏBƏRLƏR

Top