Rusiya XİN-dən Azərbaycanla diplomatik əlaqələr barədə AÇIQLAMA


Rusiya xarici işlər nazirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının ildönümü münasibətilə “facebook”da paylaşım edib. 
Yeniavaz.com
xəbər verir ki, paylaşımda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 29 il ötdüyü və qarşılıqlı əməkdaşlığın getdikcə bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb:
“Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, bu da ikitərəfli əlaqələrin ən yüksək səviyyələrdə olduğunu təsdiqləyir. Ötən dövr ərzində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıb. Cənubi Qafqaz və Xəzər bölgəsində sabitlik və təhlükəsizliyin bərqərar olması istiqamətində əsaslı işlər aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top