Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdı


Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki şəhərlərində aprelin 5-dən etibarən məktəblərin bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə Bakı Şəhər İcra Hakimiyyəti bağçaların da məktəblər kimi aprelin 5-dən etibarən fəaliyyətini dayandıracağı ilə bağlı məlumat yaydı. Lakin aprelin 3-də təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini dedi. Rəsmi qurumlardan verilən bir-birinə zidd açıqlamalar öz nəticəsini göstərir.
Yeniavaz.com-a məlumat verən valideynlər bildirirlər ki, Abşeronda bağçaların bir qismi ümumiyyətlə fəaliyyətini dayandırıb. Bir qismindən isə bildirilib ki, bağça əməkdaşlarının vaksinasiyası ilə bağlı fəaliyyət müvəqqəti dayandırılıb. 
Qeyd edək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top