Türkiyənin tanınmış aparıcısı Saba Tümer gülüşünü 90 min lirəyə satıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, NTF yolu ilə gülüşünü satan aparıcı əldə etdiyi gəliri müxtəlif xeyriyyə qurumlarına bağışlayacaq.
“Dünyada ilk. Gülüşüm #ntf olaraq rekord məbləğə satıldı. Hörmətli İzzət Pino 90 min lirə ödədi. Bu pulu bərabər məbləğdə “Darüşşafak”a, Autizm Vəqfinə, 10 min tinglə “Gülüş bağçası” salınmasına sərf edəcəm. İanələr edildikdən sonra qəbzləri “hekayə” bölməsində paylaşacam”, - deyə sosial şəbəkə açıqlama verib.