Ukraynanın “5-ci kanal” televiziyası Evgeniya Kitayba adlı əməkdaşının Bakıda koronavirusdan (COVID-19) müalicə olunması ilə bağlı süjet hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, süjetdə jurnalistin Azərbaycanda səfərdə olan zaman virusa yoluxması və daha sonra müalicə olunaraq sağalması barədə danışılıb.
E.Kitayba koronvirusla mübarizədə Azərbaycandan razı qaldığını, Ukraynada isə pandemiya ilə mübarizənin Azərbaycandakı kimi olmadığını qeyd edib.