Azərbaycan Premyer Liqası: Açılış matçında qol olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Turun ilk oyununda "Zirə" "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "qartallar" 3-cü pillədəki yerini qoruyub. "Səbail" isə 19 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.

DİGƏR XƏBƏRLƏR

Top