Nazir: "Gündəlik 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur"


"Növbəti həftələrdə koronavirusa yoluxmanın hansı vəziyyətdə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik".

Bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

“Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var. Bu yoluxma halları fonunda bəzi insanlar uşaqların və müəllimlərin məktəbə getməsinin tərəfdarıdır. Bu, normaldır, amma yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Bu aylar ərzində bilirik ki, gündəlik yoluxmaların təxminən 4-6 faizi müəllimlər olub. Təbii ki, yoluxmaların hər biri məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür”, - nazir əlavə edib. / Report

DİGƏR XƏBƏRLƏR

Top