Müavinəti kəsilən epilepsiya xəstəsi: “Hansı işə gedirəm, məni “nasılka" ilə gətirirlər” - VİDEO


Epilepsiya xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini Mirzəyev Çoşqun Maxsud oğlu müavinətinin kəsilməsinə görə prezident İlham Əliyevə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, o xəstəliyinə görə işə yararsız olduğunu bildirib: “Epilepsiya xəstəliyim var. Buna görə də işə yararsızam. 110 manat müavinət alırdım amma indi onu dayandırıblar. İki azyaşlı övladım var və hər hansı işdə işləməyə gücüm yoxdur. Hansı işə gedirəm, məni “nasılkada” gətirirlər. Ağzımdan köpük gəlir. Xahişim budur ki, müavinətim yenidən bərpa olunsun”.  
Həyat yoldaşı Aygün Mirzəyeva qeyd edib ki, əlillik dərəcəsinin yenidən bərpa olunması üçün kommissiyadan keçsək də imtina cavabı gəlib: “Yoldaşım bugünə qədər 110 manat müavinət alırdı. Fevral ayının 6-da Ağdaş rayon Mərkəzi Xəstəxanasında yenidən kommissiyadan keçdik. Bizə imtina cavabı gəldi ki, bu xəstəlik müalicə olunub, sağalan xəstəlikdir. Sağalan xəstəik olsaydı, niyə bugünə qədər sağalmayıb? Dünən səhərə qədər 30-dan çox sudurqa tutub. Dərmanlanları da xəstəxanadan alırıq. Ağdaş rayon Mərkəzi Xəstəxanasına həm bu məsələ, həm də yoldaşımı xəstəxanaya yerləşdirməklə bağlı müraciət etmişik. Bizə deyirlər ki, xəstəxanada hələ yer yoxdur və müavinətin kəsilməsi məsələsinə də biz baxmırıq”. 
Məsələ ilə bağlı Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Yeniavaz.com-a bildirildi ki, Mirzəyev Çoşqun ən son 2019-cu ildə xəstəxanamızda stasionar müalicə alıb: “Mirzəyev Çoşqun həqiqətəndə epilepsiya xəstəsidir və xəstəxanamızda müalicə olunub. Lakin, 2020-ci ilin mart ayından etibarən xəstəxana koronavirusa görə bağlandı və yanlız Covid-19-a yoluxmuş xəstələri qəbul etdik. Belə hallarda əlillik dərəcəsi olan şəxslər stasionar müalicə üçün Göyçay və Mingəçevir xəstənalarına müraciət etməlidirlər”. 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeniavaz.com-a bildirildi ki, vətəndaş müvafiq stasionar müalicə aldıqdan sonra yenidən əlillik üçün müraciət etməlidir: “Ağdaş sakini Mirzəyev Coşqun Maxsud oğluna məxsus 19.02.2021 tarixində Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən forma 88-də epilepsiyanı, qıcolma tutmalarını təsdiq edən əsas müayinə EEQ-də (exoensofaloqramma) yalnız “parakszmal epileptik aktivliyin artması” nəticəsini qeyd edib, bu isə epilepsiyanı təsdiq etmir. Həm EEQ, həm də MRT müayinələrinin nəticələri səthi yazılmış, tutmaların xaratkteri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda forma 88-də şəxsin son stasionar müalicəsi 2019-cu ildə cəmi 4 gün təşkil edir.  Vətəndaş müvafiq stasionar müalicə aldıqdan sonra yuxarıda sadalanan çatışmazlıqlar aradan qaldırılmaqla yenidən Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 tərtib edilib Əlillik Altsisteminə göndərilməlidir. 
Nəzərinizə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Vətəndaş əlillik təyinatı üçün yaşayış yeri üzrə  qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir, burada şəxsin( laborator, diaqnostik, instrumental müayinələrinin nəticələri, stasionar və ambulator müalicə məlumatları, ixtisaslaşmış həkim rəyi və s) haqqında göndəriş (forma 88) tərtib olunub, rəsmiləşdirilərək Əlillik Altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsin və əlilliyi qiymətləndiriləcək şəxslərin kimliyini  birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. TSEK tərəfindən vətəndaşın iştirakı olmadan məhz forma 88-də qeyd edilən məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi barədə qərar verilir”.

DİGƏR XƏBƏRLƏR

Top