Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdi


“Yeni növ koronavirusun yayılmasının dördüncü dalğası İranın iki əyalətində başladı”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib. O vilayətlərin adını açıqlamasa da virusun yayılmasının ciddi hal aldığını vurğulayıb:
 "Təəssüf ki, dördüncü dalğa iki vilayətdə başladı. Karantin qaydalarına uymarıqsa, virus digər əyalətlərdə də yayılacaq”.
Xatırladaq ki, İranda bu günə qədər 1 milyon 908 min 974 nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 62 min 876-ya çatıb.

 

DİGƏR XƏBƏRLƏR

Top