Mingəçevir sakini aptekdə ölüb


Dərman alan Mingəçevir sakini aptekdə ölüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində  yerləşən aptekdə baş verib.
Dərman almaq üçün aptekə daxil olan 1958-ci il təvəllüdlü şəhər sakini İsmayılov Ramazan Tapdıq oğlu qəfil huşunu itirərək yerə yıxılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top