İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri kimin qardaşıdır? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Şahbuz rayonunda anadan olub. 1977-87-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb. 1988-93-cü illərdə Azərbaycan neft Kimya İnstitutunda oxuyub. 1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini işləyib. 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu ildən isə BŞİH Başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. BŞİH-nin Aparat rəhbəri olmaqla yanaşı 06.01.2010 – 30.01.2019-cu illərdə həm də BŞİH Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sədri olub. Rasim Quliyev hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir.
Onu da qeyd edək ki, Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin böyük qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top