Ərdoğanın Azərbaycana təyin etdiyi yeni səfirin DOSYESİ


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni səfir təyin edib.
Yeniavaz.com
xəbər verir ki, yeni təyin edilən səfir Cahit Bağcı 1964-cü il iyun ayının 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. İngiltərədəki “Manchester” Universitetində doktoranturanı bitirib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işə başlayıb. 1993-cü ildə Van “Yüzüncü Yıl” Universitetində tədqiqatçı köməkçisi olub. İngiltərədə “Manchester” Universiteti Türk Tələbə Dərnəyini qurub. “Yüzüncü Yıl” Universiteti Sosiologiya Bölməsində dosent və kafedra müdiri vəzifələrində çalışıb. Van İl Cəza İcra Təşkilatları və Həbs Evləri İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində işləyib
Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
 

DİGƏR XƏBƏRLƏR

Top