Moskva imamı "Eurovision" təmsilçisinə mahnını dəyişdirməyi tövsiyə etdi – VİDEO


Moskva əyalətinin imam-müxtəsibi Daud Muxutdinov Rusiyanı "Eurovision"da təmsil edəcək Manijaya beynəlxalq tədbirdə çıxışı üçün mahnısını dəyişdirməyi tövsiyə edib. İmamın sözlərinə görə, "Eurovision" iştirakçısı ölkəni təmsil edir, ona görə də insanların mənimsəmə duyğusuna diqqət yetirməlidir.

İmam qeyd edib ki, adətən din xadimləri ifaçıların yaradıcılıq həyatına qarışmırlar, çünki "Uca Allah insana seçim etmək hüququ verir". Bundan əvvəl, Rusiya Pravoslav Kilsəsi Manijanın ifa edəcəyi "Russian Woman" ("Rus Qadını") mahnısını ləyaqətsiz adlandırmışdı. Mahnının mətni həmçinin Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko tərəfindən də tənqid olunub.//sputnik

DİGƏR XƏBƏRLƏR

Top