Avropa Komissiyası Avroməhkəmədə Macarıstana məğlub oldu


Çox vaxt Avroməhkəmə adlandırılan Avropa Məhkəməsi bundan əvvəl Macarıstanda reklama təyin etdiyi mütərəqqi vergi qərarı ilə bağlı Avropa Komissiyası tərəfindən edilən şikayəti rədd edib.

AZƏRTAC-ın verdiyi xəbərə görə, Avropa Məhkəməsi hesab edir ki, Avropa İttifaqında vergi qanunvericiliyinin modernləşdirildiyi indiki şəraitdə Aİ-yə üzv dövlətlər ölkələrində özlərinə uyğun hesab etdikləri, amma ayrı-seçki elementləri olmayan vergi sistemi tətbiq etmək hüququna malikdirlər.

Hazırda Macarıstanda reklam vergisi şirkətlərin gəlirindən asılıdır. İki il əvvəl Avropa Məhkəməsi Avropa Komissiyasının Macarıstanda verginin “dövlət yardımı” olması və bunun, guya Avropa reklam bazarının qaydaları ilə “uyğunlaşmaması” barədə qərarını əsassız hesab edib.

DİGƏR XƏBƏRLƏR

Top